Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı layihəmizə start veririk. Bu layihə ilə ölkəmizin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstərəcəyik. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər, vörkşoplar keçiriləcək.
Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçin!