Azərbaycan qadını
e-ticarətlə dünyaya çıxır!

Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı layihəmizə start veririk. Bu layihə ilə ölkəmizin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstərəcəyik. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər, vörkşoplar keçiriləcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçin!

Platforma haqqında

Azərbaycanın biznes qadınları haqqında rəqəmsal platformalarda yetərincə məlumat yoxdur. Burdan yola çıxaraq məhz Azərbaycan qadınlarının əməyini qiymətləndirmək məqsədilə keçən ilin mart ayında “Women of Azerbaijan” adlı platformanı təqdim etdik. Platformanın əsas məqsədi sahibkar olmaq arzusunda olan xanımlara dəstək olmaq və Azərbaycanda eləcə də dünyada uğurlu Azərbaycan xanımlarını tanıtmaqdır.