Biznes qadınları üçün fürsət!

Platforma haqqında

Azərbaycanın biznes qadınları haqqında rəqəmsal platformalarda yetərincə məlumat yoxdur. Burdan yola çıxaraq məhz Azərbaycan qadınlarının əməyini qiymətləndirmək məqsədilə keçən ilin mart ayında “Women of Azerbaijan” adlı platformanı təqdim etdik. Platformanın əsas məqsədi sahibkar olmaq arzusunda olan xanımlara dəstək olmaq və Azərbaycanda eləcə də dünyada uğurlu Azərbaycan xanımlarını tanıtmaqdır.

“Qadın sahibkarların inkişafı proqramı” haqqında

Kapital Bank-ın dəstəyi və FemTech-in təşkilatçılığı ilə Azərbaycan qadınlarının faydalanması üçün ölkənin onlayn platforması olan “Women of Azerbaijan” platforması nəznində, startap/biznes ideyası olan və biznesinin ilkin mərhələsində olan sahibkar qadınlar üçün “Qadın sahibkarların inkişafı proqramı” həyata keçiriləcək. Bu proqramda yeni başlayan biznesinizin inkişafı üçün ehtiyac olan bütün biliklərə yiyələnəcəksiniz. ..